Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yaponiya imperatriçəsi döş xərçəngi əməliyyatına girir
İmperator Narukitonun anası olan Yaponiyanın fəxri imperatriçəsi Mitiko sentyabrın 7-si, şənbə günü xəstəxanaya daxil olub.
Bu barədə "RİA “Novosti" xəbər verir.
Qeyd edilir ki, o, döş xərçənginin aradan qaldırılması üzrə əməliyyat ediləcək.
Əməliyyatın dörd saat davam edəcəyi gözlənilir. Öncə isə ondan bütün lazımi analizlər götürüləcək.
Mitikoda döş xərçəngi 2019-cu ilin iyul ayında planlaşdırılan dispanserləşdirmə zamanı aşkar edilmişdi.
Bildirilir ki, həkimlər xərçəngi inkişafının ilkin mərhələsində aşkar ediblər.
"Nar Mobile" teqi üzrə xəbərlər
Ən çox oxunanlar