Yaponiya imperatriçəsi Mitiko ürəyin işemik xəstəliyi diaqnozu ilə avqustun 9-da xəstəxanaya yerləşdirilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı Mitiko Tokio universitetindəki xəstəxanaya yerləşdirilib. Burada o kompüter tomoqrafiyasından keçəcək, və dəqiq diaqnoz üçün analizlər verəcək.
Analizlərin nəticələrindən sonra Mitikonun səhhəti barədə məlumat veriləcək.
Qeyd edək ki, imperatriçənin ürəyi ilə bağlı problemlər 2015-ci ildən başlayıb.