Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yaponiya küçələrində “zəhərli pişik” dolaşır: Əhaliyə xəbərdarlıq edildi - FOTO/VİDEO
Yaponiyanın qərbində yerləşən Fukuyama şəhərində pişik təhlükəli kimyəvi maddə ilə dolu olan çənə düşüb.
Çəndən çıxan pişik hadisə yerindən uzaqlaşsa da, arxasınca kimyəvi maddə ilə islanmış pəncə izlərini qoyub. Fabrik işçisi çəndən uzaqlaşan sarı pəncə izlərini aşkar etdikdən sonra təhlükəsizlik kamerasının görüntüləri araşdırılıb. Pişiyin küçələrdə sərbəst şəkildə gəzdiyi təsdiqləndikdən sonra səlahiyyətlilər həyəcan təbili çalıblar və bölgə sakinlərinə anormal görünən pişiyə toxunmamaq barədə xəbərdarlıq edilib.
Səlahiyyətlilər əhalidən heyvandan uzaq durmağı və hər hansı ipucu gördükləri zaman polisə xəbər etmələrini xahiş ediblər. Pişiyin narıncı və qəhvəyi rəngdə olan, yüksək dərəcədə turşuluq ehtiva edən və kanserogen kimyəvi maddə olan altıvalentli xromla dolu çənə düşdüyü ehtimal edilir. Fabrikin sahibi olan şirkət çənin qapaqla örtüldüyünü, lakin həmin hissənin tərs çevrildiyini bildirib.
Eyni zamanda belə təhlükəli maddə ilə islanan heyvanın ölmüş ola biləcəyi də düşünülür. Hələ ki, pişiklə bağlı heç bir məlumat yoxdur.
Bildirilib ki, altıvalentli xrom dəridə qıcıqlanmalara, nəfəs darlığına və korluğa səbəb ola bilər. Personaldan bu maddənin yaxınlığında işlədikləri zaman maskalar və rezin əlcəklər taxmaları tələb olunur.
View this post on InstagramMənbə: Milliyet
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiyada qəribə hadisə: Evinə qayıdan kişi gözləmədiyi "qonaq"la qarşılaşdı və qaçdı
- Yapon barlarında müştəriləri şillələmək qadağan edildi: Maraqlı xidmət niyə dayandırıldı?
- 30 illik ənənə: Yaponiya 2024-cü ilin heroqlifini seçdi
- Yaponiyada turist avtobusu aşıb: Onlarla xəsarət alan var
- Yaponiyada doğum nisbətini artırmaq üçün maraqlı qərar: Dördgünlük iş həftəsi tətbiq ediləcək
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər