Yaponiya Mərkəzi Bankı pul siyasətini əhəmiyyətli dərəcədə sərtləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən bankdan rəsmi məlumat verilib.
Xəbərə görə, bank əsas faiz dərəcəsini 30 illik maksimuma qaldırıb, bu göstərici 0,5%-dən 0.75%-ə yüksəlib. Qeyd edilir ki, tənzimləyici orqanın idarəetmə şurası bu qərarı yekdilliklə qəbul edib.
Bankın açıqlamasında deyilir ki, faiz dərəcəsini 0.75% ətrafında saxlamaq üçün çalışacaqlar.