Yaponiyanın Müdafiə Nazirliyi ölkə tarixində ilk dəfə qadına Hərbi Dəniz Qüvvələrinin ən yüksək admiral rütbəsinin verilməsinə qərar verib - vitse-admiral rütbəsi ilə ali dəniz komandanlığı heyətinin hazırlanması məktəbinə rəhbərlik edən 57 yaşlı Natsuye Kondonun rütbəsi artırılıb. O, indi Yaponiyanın sahil müdafiə qüvvələrinin komandanı olacaq.
Bu barədə nazirliyin məlumatında deyilir.
Ölkənin quru və hava qüvvələrində də indiyə qədər qadınlar heç vaxt ən yüksək general rütbəsi almayıblar.
Yaponiya Müdafiə Nazirliyi hazırda silahlı qüvvələrdə komandanlıq vəzifələrində çalışan qadınların sayının artırılması proqramını həyata keçirir. 2025-ci ilə qədər qadınlar mayor və yuxarı rütbələrdə olan zabit və generalların ən azı 5%-ni təşkil etməlidirlər.
Mənbə: TASS