Yaponiyanın Qərbi Osaka şəhərində avtomobil bir qrup məktəblinin üzərinə doğru hərəkət edib və onlara çırpılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Yaponiyanın ictimai televiziyası NHK məlumat verib.
Məlumata görə, hadisə yerli ibtidai məktəbin yaxınlığındakı küçədə baş verib. Ən azı yeddi uşaq xəsarət alıb. Onlardan altısının huşu yerindədir, birinin vəziyyəti dəqiqləşdirilir.
Hadisə yerində polis işləyir.