Vulkan püskürməsi (3067 metr hündürlükdə) yapon Naqano və Qifu prefekturalarının sərhəddində şənbə günü baş verib. Bu zamana qədər seysmoloqlar rayonda üç vulkanik ocaq aşkar ediblər.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, “Ontake” vulkanının püskürməsindən zərər çəkənlərin sayı 63-ə çatıb, bunu Qifu və Nakano prefekturalarının hakimiyyətinə istinadən Kiodo agentliyi bildirib.
Bundan başqa, bazar günü xilasedicilər 31 nəfər aşkar ediblər, bu insanlarda ürək və ciyər fəaliyyəti dayanıb. Tibb işçiləri onlardan 4-nün ölüm faktını təsdiqləyiblər. Bazar ertəsi xəstəxanaya daha altı nəfər gətirilib.
Püskürməni gözləməyən 250 turist dincəldikləri evlərdə gizlənə biliblər, bunlar istirahətə gələnlər və ya hava şəraitinin yaxşılaşmasını gözləyən alpinistlər olub.
Yaponiyanın baş meteoroloji agentliyi bunu beşballıq şkala üzrə üç bal ilə qiymətləndiriblər. Vulkanın ətəyinə yaxınlaşmaq və dağa qalxmaq qadağandır.
www.oxu.az