Yaponiyada bu gün 5.5 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 17:12-də (Bakı vaxtı ilə saat 12:12 - red.) Ryukyu adaları yaxınlığında qeydə alınıb.
Zəlzələnin episentri Vadomari yaşayış məntəqəsindən 20 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.