Noyabrın 8-nə keçən gecə Yaponiyanın qərbində, Sizuoka prefekturası yaxınlığında 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az bu barədə "Kyodo" agentliyinə istinadən xəbər verir.
Ocağı 40 km dərinlikdə yerləşən zəlzələ "sinkansen" sürət qatarları da daxil olmaqla, dəmir yolu nəqliyyatının hərəkətində fasilələrə səbəb olub.
Zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb. Söhbət əsasən yıxılma zamanı yaranan əzik və cızıqlardan gedir. Xəsarət alanların həyatı üçün heç bir təhlükə yoxdur.