Sakit Okeanda 6,2 bal gücündə zəlzələ baş verib.
TASS xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin Yaponiya sahillərinə yaxın olduğu bildirilir. Qeyd edilib ki, təbii fəlakət Yaponiyaya məxsus Honsü adasının yaxınlığında baş verib.
Hələlik itki və sunami təhlükəsi haqqında məlumat yoxdur.