Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yaponiyada helikopter radarlardan itdi
Yaponiyanın Xilasetmə Xidmətinin helikopteri Tsuşima adası yaxınlığında, Yapon dənizində radarlardan itib.
Bu barədə Oxu.Az NHK telekanalına istinadla xəbər verir.
Helikopterlə əlaqə onun eniş etməli olduğu aeroportdan 10 kilometr aralıda itib.
Bildirilir ki, altı ekipaj üzvündən üçü tapılaraq xəstəxanaya yerləşdirilib, daha üçünün axtarışları davam edir.
"Yaponiya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar