Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yaponiyada peyinlə işləyən raket mühərriki sınaqdan keçirildi
Yaponiyada heyvan peyini, daha dəqiq desək bu peyindən alınan mayeləşdirilmiş biometanla işləyən raket mühərriki uğurla sınaqdan keçirilib.
“Sınaq Taikidəki Hokkaydo Kosmik Start Mərkəzinin (HOSPO) kompleksində aparılıb və biometanın təmiz raket yanacağı kimi potensialını nümayiş etdirib. Bu əlamətdar hadisə özəl raket şirkəti üçün dünyada ilkdir”, - yapon raket istehsalçısı öz saytında bildirib.
Şirkət mühərrikin sınaqdan keçirilməsi zamanı heç bir problemin qeydə alınmadığını vurğulayıb. Plana görə, sınaqlar 2024-cü ilin yanvar ayının sonuna qədər davam edəcək. Bu tarixdən sonra isə “Interstellar Technologies” tərəfindən hazırlanmış ZERO raketinin buraxılışı planlaşdırılır.
Mənbə: iz.ru
"Yaponiya" teqi üzrə xəbərlər
- Dünyanın ən yaşlı qadın bərbəri 108 yaşındadır
- "Toyota" üçün avtomobil hissələri istehsal edilən zavodda güclü partlayış
- Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər
- Rusiya Yaponiya XİN başçısına qadağa qoydu
- Yaponiya Tramp-Zelenski mübahisəsində kimin tərəfini tutacaq?