Yaponiyanın Ayti prefekturasında elektrik qatarı relsdən çıxıb, qəza nəticəsində bir nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə NHJ teleşirkəti məlumat yayıb.
Andze şəhərində dəmiryol keçidində qatar minik avtomobilinə çırpılıb. Birinci vaqon relsdən çıxıb, zərbədən kənara atılan qatar elektrik ötürücüsünə çırpılıb və alışıb. Avtomobilin sürücüsü ölüb.
Elektrik qatarının maşinisti avtomobili şlaqbaum endikdən sonra gördüyünü, amma qatarı saxlaya bilmədiyini deyib.
Qəzanın baş verdiyi ərazidə hərəkət dayanıb. Polis və yanğınsöndürənlər baş verən hadisənin səbəblərini aydınlaşdırırlar. Dəmiryol şirkəti relsdən çıxan qatarın içində olan şəxslərin təxliyəsi ilə məşğuldur.
N.О.
www.oxu.az