Yaponiyanın Varabi şəhərində silahlı şəxs poçt şöbəsində on nəfəri girov götürüb.
Məlumata görə, poçt şöbəsində xəsarət alan olmayıb. Polis artıq hadisə yerinə gəlib və binanı mühasirəyə alıb.
Kişidən təslim olması tələb olunur.
11:20
Yaponiyanın Toda şəhərində xəstəxanada naməlum şəxs atəş açıb, sonra hadisə yerindən qaçıb.
Bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ən azı iki nəfər yaralanıb. Polis hadisə yerindədir.
Yerli televiziyaların verdiyi xəbərə görə, hücumçu yaxındakı Varabi şəhərinə gedib və orada poçt idarəsinin binasında barrikada qurub.
Mənbə: TASS