Yaponiyada Ontake vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 56-ya çatıb.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xilasedicilər bu gün dağın ətəyində bir meyit aşkarlayıblar.
Bundan başqa, daha bir insan cəsədinin qalıqları aşkarlanıb.
Onun kimliyinin müəyyən olunması məqsədilə DNT ekspertizası təyin edilib. Məlumata görə, daha 7 nəfər itkin düşmüş hesab olunur.
Qeyd edək, Ontake vulkanı sentyabrın 27-də püskürüb. Təbii fəlakət qurbanlarının əksəriyyətinin ölümünə səbəb vulkanının püskürməsi nəticəsində daşların səpələnməsi çoxsaylı xəsarətlər olub.
Vulkan Hönsü adasında, Tokiodan 200 kilometr qərbdə yerləşir. Ölkənin böyüklüyünə görə ikinci vulkanıdır. Hündürlüyü 3067 metr təşkil edir. Yaponiyada populyar turizm obyekti hesab olunur, yamacları meşələrlə örtülüdür.