Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaponiyada yarım əsrdir ölüm hökmünü gözləyən boksçu bəraət qazandı
Yaponiyanın Sidzuoka Prefektura Məhkəməsi təkrar dinləmə zamanı 1968-ci ildə öz müdirini, onun arvadını və iki uşağını qətlə yetirməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilmiş 88 yaşlı keçmiş boksçu İvao Xakamadaya bəraət qazandırıb.
Bu barədə Oxu.Az "Kyodo" agentliyinə istinadən xəbər verir.
Məlumat üçün qeyd edək ki, Xakamada 1966-cı ildə həbs edilib. 20 günlük sorğu-sualdan sonra o, qətli törətdiyini etiraf edib, lakin bəyan edib ki, onu işgəncələrə məruz qoyaraq etiraf ifadəsi verməyə məcbur ediblər.
Müdafiə tərəfi işlə bağlı sübutların uydurma olduğuna dair israr etsə, 1968-ci ilin sentyabrında Xakamada təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Hökm 1980-ci ildə təsdiqlənib.
2014-cü ildə Sidzuoka məhkəməsi sübut edib ki, cinayət yerindən tapılan genetik qan materialından əldə edilən cinayətkarın DNT-si Xakamadanın DNT-si ilə uyğun gəlmir. Bundan sonra məhkum azadlığa buraxılıb. Lakin sonradan Tokio məhkəməsi qərarı ləğv edib. 2023-cü ildə isə iş Yaponiya Ali Məhkəməsinə verilib.
2011-ci ildə yaponiyalı ölüm hökmünə məhkum edilənlər kamerasında edam edilməsini ən uzun müddət gözləyən şəxs kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
"Yaponiya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Yaponiyada 8-9 bal gücündə zəlzələ XƏBƏRDARLIĞI
- Yaponiya rakettutma sistemlərini sınamaq üçün kosmik yük gəmilərindən istifadə edəcək
- Yaponiyada 25 ilin ən böyük qrip epidemiyası qeydə alındı
- Yaponiya şirkəti tərəfindən hazırlanan "Gələcəyin şəhəri"
Rəylər