Yapon hökuməti balinaların ovu üzrə Beynəlxalq Komissiyanın qərarına baxmayaraq, Antarktidada balina ovunu gələn ildən yenidən bərpa etməyi qərara alıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Yaponiyanın istəyi qanunsuzdur, belə ki, ov elmi məqsədlərlə aparılmır.
Yaponiya hakimiyyətinin baş katibi Yosixide Suqa komissiyanın qərarını “təəssüfləndirici” adlandırıb.
Tokio iddia edir ki, ovu məhz tədqiqat məqsədi ilə aparır.
Amma öldürülən heyvanların əti Yaponiyada satışa çıxarılır.