Sağ sektorun (SS) lideri Dmitri Yaroş Könüllü Ukrayna Korpusu yaratdığını elan edib. Bu korpusun məqsədi dövlət güc strukturları ilə koordinasiyada şərqdə rusiyayönümlü fəallarla mübarizədir.
Oxu.Az Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə o, Facebook sosial şəbəkəsində açıq müraciətdə deyib, UNN bildirib.
“Hərbi bölüklər, tədris mərkəzi səfərbərlik məntəqələri – korpusun strukturu hal-hazırda belədir. Özünü SS blokunun döyüşçüsü hesab edən hər kəs, bundan sonra Korpusun komandanlığına keçir. Korpusun komandiri Andrey Stempiskidir, Korpusun qərargah rəisi Baleri Voronovdur”, - Dmitri Yaroş yazıb.