52 yaşında “Parma” futbol klubu ilə imzaladığı simvolik müqavilə ilə İtaliyanın “ən yaşlı futbolçusu” olan və eyni zamanda şoumenlik edən Gene Qnoççi canlı yayımda gözlənilməz hərəkət edib.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, Gene iştirak etdiyi proqramda yerindən qalxaraq qadın aparıcını dodaqlarından öpüb.
Gənc aparıcı təəccüb içərisində şoumenin bu hərəkətini gülüşlə qarşılayıb.