Türkiyə XİN Rusiya səfirini ölkənin hava məkanının pozulmasına dair etirazını bildirmək üçün çağırıb. Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Məlumatda Türkiyə hakimiyyətinin Rusiyanı bu qəbildən olan hadisələrin bir daha təkrarlanmamasına çağırdığı da bildirilib.
Türkiyə nazirliyindən bildiriblər ki, Rusiya hərbi təyyarəsi şənbə günü oktyabr ayının 3-də Suriya sərhəddi yaxınlığında Türkiyənin hava məkanını pozub. Türkiyənin Hava silahlı qüvvələrinin iki F-16 qırıcısı havaya qaldırılıb.
Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Suriyadakı əməliyyatlarını ciddi səhv adlandırmışdı. Onun sözlərinə görə, Suriyada Rusiya tərəfindən atılan addımlar və bombardman kampaniyaları yolverilməzdir.