Yəmənin Balxaf bölgəsi yaxınlığında yük tankerinə silahlı hücum edilib, gəmi mühafizəçiləri ilə naməlum şəxslər arasında atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzindən (UKMTO) bildirilib ki, Balxafdan 88 dəniz mili şimal-qərbdə insident barədə məlumat alınıb:
"Altı silahlı şəxsin olduğu qayıq yük gəmisinə yaxınlaşıb. Naməlum şəxslərlə gəminin mühafizəsi arasındakı atışmadan sonra qayıq geri dönüb".
Hadisə ilə bağlı əlavə informasiya təqdim edilməyib.