Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Taher əl-Ukaylinin olduğu avtomobil minaya düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “RİA Novosti” Yəmən hərbi mənbəyinə istinadən xəbər verir.
Hadisə Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Əl-Cauf əyalətinin Habb ya Əş-Şəəf rayonunda baş verib və qolundan yaralanan əl-Ukayli xəstəxanaya çatdırılıb.
Avtomobildə onunla birgə olan Əl-Cauf əyalətinin qubernatoru Amin əl-Ukaymi də partlayış nəticəsində sağ qalıb.
A.M.
www.oxu.az