Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın endirdiyi aviazərbələr nəticəsində Yəməndə onlarla üsyançı husit döyüşçüsü həlak oldu.
Oxu.Az Agence France-Presse-ə istinadən xəbər verir.
Şiə qruplaşmasının zəbt etdiyi strateji obyektlərə aviazərbələr endirilir.
Daha öncə bombardman nəticəsində Səna aeroportunun fəaliyyəti dayandırılıb, yəmən ballistik raketlərinin əksəriyyəti məhv edilib.