Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov martın 30-da Şamaxı şəhərində Qobustan və Şamaxı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 29 mart 2015-ci il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:
- Şamaxı “9 saylı Yol İstismarı İdarəsi” (Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çay hövzəsi, 115-ci km)
- Qobustan “8 saylı Yol İstismarı İdarəsi” (Qobustan rayonu, Xilmilli yolu)