Yəmənə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 65-ə çatıb
Oxu.Az xəbər verir ki, bu barədə yerli hökumət nümayəndəsi məlumat verib:
“Ölkənin paytaxtı Sanadan şimalda və Səədə yaşayış məhəllələrində aviazərbə qurbanlarının sayı uşaqlar və qadınlar daxil olmaqla, 65 nəfər təşkil edir. Xilasedicilər yaralıları evlərin dağıntıları altından çıxarırlar.”