Yəmənin sabiq prezidenti Əli Əbdalla Saleh bu gün öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə terrorçuların monitorinqi ilə məşğul olan "Directorate 4" Teleqram-kanalı məlumat yayıb.
Kanal siyasətçinin cəsədinin şəkillərini də paylaşıb.
Bəzi xarici KİV-lər Salehin evinin partladılması zamanı öldüyünü, digərləri isə Marib şəhərinə gedərkən ona sui-qəsd edildiyini bildirirlər.
16:02
Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin ölkə paytaxtı Sənadakı evi qiyamçı husi silahlıları tərəfindən partladılıb.
Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Oxu.Az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə zamanı eks-dövlət başçısının evdə olub-olmadığı barədə rəsmi məlumat daxil olmayıb.
Xatırladaq ki, Yəmənin paytaxtı Sənada qiyamçı husilərlə Salehin tərəfdarları arasında qarşıdurmalar davam edir.
Saleh 1994-cü ilin oktyabrından 2011-ci ilin noyabrına qədər dövlət başçısı vəzifəsini icra edib.
N.О.