Türkiyədə yeni doğduğu körpəsini Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnazkinaya hökm oxunub.
Bu barədə Oxu.Az "RİA Novosti"yə istinadla xəbər verir.
Məhkəmə qadına körpənin həyatına qəsdetmə maddəsi üzrə 15 il həbs cəzası verib.
Xatırladaq ki, Y.Burnazkina 2024-cü il oktyabrın ortalarında Antalya aeroportunun ayaqyolunda dünyaya gətirdiyi körpəsini unitazda qoyub getmişdi. Bundan sonra o, anası ilə birlikdə Rusiyaya qaçmağa çalışmışdı.