Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yeni Kaledoniya Parisdən 4,2 milyard avro istəyir
Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyanın Konqresi (yerli parlament) Fransa hakimiyyətindən ilin əvvəlində baş vermiş iğtişaşlardan sonra ada ərazisini bərpa etmək üçün 4,2 milyard avro ayırmağı tələb edən qətnamə qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "La Tribune" qəzeti məlumat yayıb.
Böyük səs çoxluğu ilə qəbul edilən qətnamənin mətnində qeyd olunur ki, o, ilk növbədə ölkənin xilasını təmin etmək, ikincisi isə onun bərpasına başlamaq üçün nəzərdə tutulub. Bu məbləğ Yeni Kaledoniyanın illik ÜDM-nin demək olar ki, yarısına uyğundur.
"Bu bərpa, iqtisadi və sosial maliyyə dəstəyi planı... məhv olmaq ərəfəsində olan ölkəmizin sağ qalması üçün vacib elementdir", - "Kaledoniya Birlikdə" qrupunu təmsil edən konqresmen Filip Qomes bildirib.
Bununla belə, bu qətnamə mütləq sənəd deyil və orada göstərilən şərtlər hələ ki Fransa hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. Təşəbbüsə operativ şəkildə baxılmalıdır ki, o, payızda razılaşdırılmaqda olan 2025-ci ilin büdcə layihəsinə daxil edilsin.
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Yeni Kaledoniyanın bayraq israrı - Fransanın tələbi rədd edilir
- Abbas Abbasov: "Fransa hökuməti BTQ əleyhinə riyakar verilişlər sifariş edir"
- Abbas Abbasov: "Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir"
- BMT-də Azərbaycanın ev sahibliyi etdiyi beynəlxaq konfrans işini yekunlaşdırıb
- Yeni Kaledoniya rəsmisi: "Bakı Təşəbbüs Qrupu Fransanın kolonial siyasətini ifşa edir"