Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeni Kaledoniyada “Dəmir Yumruq” şüarı ilə növbəti etiraz aksiyası keçiriləcək
Aprelin 2-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçiriləcək.
Aksiya “Dəmir Yumruq” şüarı altında baş tutacaq və etiraz mitinqində “Bakı Təşəbbüs Qrupu”nun bayrağı qaldırılacaq.
Qeyd edək ki, Yeni Kaledoniyada avtoxton əhali - Kanak öz hüquqları uğrunda mübarizəni davam etdirir. Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları və dövlət başçısı İlham Əliyevin “Dəmir Yumruq” portreti də qaldırılır.
Martın 28-də baş tutan sonuncu aksiyada etirazçılar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və Kanak bayraqları olub.
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Abbas Abbasov: "Fransa hökuməti BTQ əleyhinə riyakar verilişlər sifariş edir"
- Abbas Abbasov: "Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir"
- BMT-də Azərbaycanın ev sahibliyi etdiyi beynəlxaq konfrans işini yekunlaşdırıb
- Şantal İbrahim: "Fransa Qvadelupa xalqına işgəncə verir"
- Bakı Təşəbbüs Qrupu öz saytında petisiya yaradıb