Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeni Kaledoniyada yenidən etirazçılarla polislər arasında toqquşmalar başlayıb
Fransanın dənizaşırı Yeni Kaledoniya ərazisində iyunun 24-də gecə saatlarında etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb.
Məlumata görə, Pen və Mare adaları daxil olmaqla, bütün Yeni Kaledoniyada iğtişaşlar gedir.
İğtişaşları yatırılması üçün çoxsaylı əlavə qüvvələr cəlb olunub. Gərgin vəziyyət hələ də davam edir.
Bu gün bir çox məktəb təhlükəsizlik səbəbi ilə bağlanıb.
Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar mayın 13-də başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.
İyunun 12-də Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatlarının dayandırıldığını açıqlayıb.
Mənbə: İnterfax
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində
- Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzində
- Prezident İlham Əliyev: "Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir"
- Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb
- Fransalı deputat: "Bizdə siyasi məhbuslar var"