Rusiyanın “Sputnik V” vaksininin sınaqlarında iştirak edənlər bir müddət idman və zərərli vərdişlərdən imtina etməli olacaq. Bundan başqa, yeni vaksin hamilələrə və HİV xəstələrinə əks göstərişlidir. Lakin yaşlı insanlara bu sınaqlarda iştirak etmək təkidlə tövsiyə edilir.
Bu barədə “360” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, Rusiya istehsalı olan peyvəndin üçüncü sınaq mərhələsində təxminən 30 min könüllü iştirak edir.
Peyvənd vurulduqdan sonra altı ay ərzində öz vəziyyətlərini izləməli, mütəmadi olaraq həkimə bildirməli, eyni zamanda elektron gündəlik aparmalı və bütün dəyişiklikləri qeyd etməlidirlər.
Rəylər