Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yeni "Volkswagen Passat" təqdim edildi: Bu dəfə beş metrlik sedan
Çində keçirilən Çendu avtosalonunda "Volkswagen Passat Pro" modeli debüt etdi.
Oxu.Az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.
Qeyd olunur ki, "Passat Pro" modeli əvvəlki nəsil "Passat" ilə paralel olaraq "SAIC-VW" şirkətinin birgə işinin nəticəsidir. Modelin ön dizaynı Avropa stansiya vaqonunu təkrarlasa da, texnologiyasında fərqlər mövcuddur.
Yeni "VW Passat Pro"nun rəsmi rəqibi "FAW-VW" birgə müəssisəsinin "Magotan" modelidir. Hər iki modelin salon dizaynında üç ekran mövcuddur, lakin bəzi detalları fərqlidir. Şassi və mühərrik diapazonu eynidir. Təkər bazası da eynidir: 2.871 mm. Lakin kuzov panelləri və işıqlandırma avadanlıqları orijinaldır.
"Volkswagen Passat Pro" üçün iki fərqli kuzov dəsti təklif olunur: əsas (gümüşü rəngli sedan) və əlavə idman paketi (qara sedan). Alıcı yeddi təkər variantından birini seçə və antixrom təkər dəsti sifariş edə bilər. Modelin ümumi uzunluğu beş metrdən (5 006 mm) çoxdur, yəni sedan Avropa universalından demək olar ki, doqquz santimetr böyükdür və oxlar arasındakı məsafədə onu üç santimetr üstələyir.
Texnologiya Çin "Volkswagen" modelləri üçün xarakterikdir: əsas variantda 1.5 litrlik turbo mühərrik (160 at gücü), əlavə olaraq isə 2.0 litrlik mühərrik (220 at gücü) təklif olunur. Hər iki mühərrik benzinlə işləyir və 7 pilləli avtomatik transmissiya ilə uyğunlaşdırılıb. "Passat Pro" tam ötürücülü versiyaya malik deyil. Satışların sentyabr ayında başlanması planlaşdırılır, lakin qiymətlər hələ ki, açıqlanmayıb.
Əsas modelin qiymətinin 180 000 yuan (təxminən 25.000 dollar) olması gözlənilir (bu qiymət "Volkswagen Magotan" modelinə də aiddir).
Rəylər