Yerin atmosferində karbon qazının toplanması 2013-cü ildə son 30 ilin göstəricilərinə nəzərən rekord həddə çatıb.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bu dünya okeanında turşuluğun artmasına yol açıb və gələcəkdə biosferinin zərər çəkməsinə gətirib çıxaracaq.
Ümumdünya meteoroloji təşkilat (ÜMT), parnik qazları üzrə illik bülletendə mütəxəssislərin çıxarışlarını dərc edərək, hərəkət etmək vaxtının çatdığını elan edib.
ÜMT baş katibi Mişel Jarro bildirib:
“Biz təcili tədbirlər görməliyik. Nə qədər çox gözləsək, vəziyyət bir o qədər mürəkkəbləşəcək və bir o qədər də baha başa gələcək. Əgər indi bir tədbir görməsək müəyyən bir vaxtdan sonra tullantıların həcmini azaltmaq məqsədi əlçatmaz olacaq. Bu, hələ ki, mümkündür, amma təcili iş görmək lazımdır”.
ÜMT-da iqlim dəyişilməsinə dair beynəlxalq razılaşma imzalamağa israr edirlər. Bu problemi dünya liderləri sentyabr ayının 23-də Nyu-Yorkda müzakirə edəcəklər.