İtaliyanın “Milan” klubundan “Liverpul”a transfer olan Mario Balotellinin yeni evi hər kəsi heyran qoyub.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bir müddətdir ev axtarışında olan hücumçu nəhayət, istəyinə çatıb.
Yeni mövsümdən İngiltərədə top qovacaq olan ulduz futbolçu yeni evini ictimaiyyətə təqdim edib. Ev genişliyi və dizaynı ilə göz oxşayıb. Hətta hücumçunun yeni evində futbol meydançası da var.
Qeyd edək ki, İtaliya yığmasının hücumçusu Mario Balotelli 20 milyon funt qarşılığında “Milan”dan “Liverpul”a transfer olub.
Balotellinin yeni evinin fotolarını təqdim edirik:
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin