Martın əvvəlində Yer kürəsinə Çelyabinsk səmasında 2013-cü ilin fevral ayının 15-də yanan asteroidə bənzəyən 2013 TX68 asteroidi yaxınlaşır.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə NASA-nın saytında məlumat yayılıb.
2013 TX68 asteroidi Yer kürəsinə 2016-cı ilin mart ayının 5-də 17 min km məsafədə yaxınlaşcaq. Hazırda 30 metr diametri olan bu obyekt planetdən 14 min km məsafədədir.
2016-cı ildə 2013 TX68 asteroidi Yer kürəsi ilə toqquşmayacaq, Pasadinada Reaktiv hərəkət laboratoriyasının məlumatına görə, 2017-ci ilin sentyabr ayının 28-də asteroidin planetlə toqquşma ehtimalı 0,000000004 faiz artır. 2046 və 2097-ci illərdə, 2013 TX68 asteroidi Yer kürəsinə yaxınlaşdıqda toqquşma ehtimalı azalacaq.