Yerevanda xarici işlər və müdafiə nazirlərinin istefası tələbi ilə etiraz aksiyası başlayıb.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, etirazçılar Baramyan-Proşyan yol kəsişməsindən yürüşə başlayıblar. Yürüşün marşrutu hələlik məlum deyil.
Aksiya iştirakçıları xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan, onun müavini Aykaz Baqmanyanın istefasını tələb edirlər.
Yürüş iştirakçıları həmçinin Dağlıq Qarabağla bağlı status-kvonun saxlanması, “bitişik rayonlar da daxil olmaqla, ərazi güzəştinə gedilməməsi” kimi tələblər irəli sürüblər.