Ermənistan FHN-i Yerevan kafesində baş verən partlayışda zərərçəkənlərin sayı ilə bağlı məlumat yayıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, yaralıların sayı 8 nəfərə endirilib.
“Dəqiqləşdirilmiş son məlumatlara görə, partlayış nəticəsində əvvəl deyildiyi kimi doqquz yox, səkkiz nəfər yaralanıb. Onların ikisi Ermənistan, üçü Rusiya, üçü İran vətəndaşıdır” deyə bəyanatda deyilir.
8 yaşlı Ermənistan vətəndaşından başqa bütün zərərçəkənlər yüngül və orta dərəcəli xəsarətlar alıb. Azyaşlının reanimasiyada ağır vəziyyətdə olduğu deyilir.
22:04
Yerevanın mərkəzində partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Ermənistan KİV-ə istinadən məlumat yayıb.
“Aprelin 2-i, yerli vaxtla 20.44 radələrində Yerevanın Şimal prospektində partlayışın baş verdiyi və xilasedicilərin yardımına ehtiyac olduğu haqqında məlumat daxil olub” deyə Ermənistan FHN-nin saytında yazılan məlumatda qeyd olunur.
FHN mətbuat xidmətinə görə, hadisə yerinə dörd xilasedici heyəti, əməliyyatçılar və Böhranların idarə olunması milli mərkəzinin çevik reaksiya qüvvələri səfərbər olunub.
Məlumata görə, partlayış Yerevanın mərkəzində yerləşən “Burqer Kinqdə” qaz sızmasından baş verib. Zərərçəkənlər arasında xarici vətəndaşlar da var.
F.M.
www.oxu.az