Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yerli Fəaliyyət Koordinasiya Təşkilatı korsikalılara dəstək kommünikesi yayıb - FOTO
“Yerli Fəaliyyət Koordinasiya Təşkilatı (CCAT) “Nazione” Partiyasına, Azad Korsika hərəkatına, Korsika Milli Azadlıq Cəbhəsinə (FLNC), bütün korsikalı qardaş və bacılarına böyük dəstək vermək istəyir. Hər şeydən əvvəl, Santa Maria di Lottadakı hadisəyə görə yanvarın 30-da polis tərəfindən saxlanılaraq həbs edilmiş Anto Simoni və Nikolas Pinzuti korsikalı fəallara böyük dəstəklərini ifadə edirlər”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yerli Fəaliyyət Koordinasiya Təşkilatının (CCAT) korsikalılara dəstək kommünikesində yer alıb.
Kommünikedə, həmçinin bildirilib ki, Korsika xalqının mübarizəsi nəcib fəaliyyətdir. Öz müqəddəratını təyin etmək hüququ ilə bağlı Korsika adasında mövcud vəziyyət, pozulmuş vədlər nəzərə alınmaqla gənclərin qəzəbinin ifadə olunması başa düşüləndir:
“1988-ci ildə Matinyon sazişlərinin imzalanması, 1998-ci ildə isə Numea müqaviləsi ilə Yeni Kaledoniya üçün öz müqəddəratını təyinetmə prosesi başlayıb.
2018-ci və 2020-ci illərdə - referendumun ilk illərində müstəqillik tərəfdarlarının səsləri müvafiq olaraq 43 faizdən 47 faizədək yüksəlib.
Bu gün Fransa dövləti 25 min 800-dən çox qitə fransızını və təxminən 12 mindən çox yerli vətəndaşı birləşdirmək üçün əsasını vətəndaşlığımız, yerli məşğulluğun qorunması təşkil edən xüsusi əyalət seçki orqanını açmağa qərar verir”.
CCAT-ın müstəqillik tərəfdarlarının fikrincə, onların razılaşması olmadan hər hansı dəyişikliyin baş verməsindən, Fransa dövlətinin kanak xalqına və kaledoniyalılara qarşı hər hansı qərarın qəbul etməsindən söhbət gedə bilməz.
“Kanaki yenidən müstəmləkəyə çevrilir. Uzun illərdir - müxtəlif sazişlər imzalanandan sülh yolu çəkmişik və ölkəmizə planlaşdırılmış immiqrasiya edilməsindən söz gedə bilməz”, - deyə CCAT kommünikedə qəti şəkildə bildirib. Açıqlamada, eyni zamanda, diqqətə çatdırılır ki, üçüncü referendumun nəticələrinin qəbulundan da söhbət gedə bilməz. Bu referendum saxta olub və kanak xalqının oğurlanmış səsidir.
Koordinasiya təşkilatı artıq Numeada, eləcə də Kone şəhərində dörd yürüş, Yeni Kaledoniya Konqresinin qarşısında isə oturaq aksiya keçirib.
“Fransa dövləti tələblərimizi eşitmədikcə vəziyyət daha da mürəkkəbləşir. Fransa dövləti Yeni Kaledoniyada əyalət seçiciləri ilə bağlı dəyişiklik üçün Konstitusiyanı dəyişir. Niyə? Müstəqillik tələblərini boğmaq üçün?
Bir məsələ dəqiqdir: mübarizəmizi davam və Fransa dövlətinə isə BMT tövsiyələrini qəbul etdirəcəyik. Həmin tövsiyələrdə bildirilir ki, xalqların öz müqəddəratını təyinetmə hüququna dair1514 saylı qətnamə icraçılar tərəfindən yerinə yetirilməlidir.
Fransa artıq insan haqları ölkəsi deyil! Fransa dövləti kanak xalqına, Korsika xalqına, Taiti, Martinika, Qviana, Qvadelupa, bask, xalqlarına, eləcə də müstəqilliyi uğrunda mübarizə aparan bütün digər xalqlara müstəqillik verməlidir!
Yaşasın Korsika, yaşasın Kanaki, yaşasın müstəqillik!” - deyə kommünikedə vurğulanıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
Rəylər