Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Yeşilçam"ın əfsanəsi Ediz Hun qorxunc xəstəliyindən danışdı: "Kişi kimi yaşayaq, kişi kimi gedək"
Türk kinosunun məşhur adlarından biri, "Yeşilçam"ın əfsanəsi Ediz Hun uzun müddətdir səhhətinə dair yayılan iddialara aydınlıq gətirib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Ötən il xərçəng xəstəliyinə tutulması ilə bağlı iddialara səssiz qalan aktyor ilk dəfə yaşadıqlarını ictimaiyyətlə bölüşüb.
84 yaşlı Ediz Hun qatıldığı konfransda yoğun bağırsaq xərçəngindən müalicə aldığını və xəstəliyə qalib gəldiyini bildirib.
"Kolonoskopiya etdirdim, bağırsaqlardakı 21 hüceyrədən 5-də xərçəng aşkarlandı. Allaha şükürlər olsun ki, hamısı getdi", - deyə o qeyd edib.
"Özümə həddindən artıq arxayın olduğum üçün belə oldu. Əməliyyat oldum, indi yaxşıyam. Heç bir problem yoxdur, amma təbii ki, Allah bilir. Məni heç kimə möhtac etməsin. Kişi kimi yaşayaq, kişi kimi gedək", - deyə Ediz Hun kimyaterapiya müalicəsindən sonra sağlamlığına qovuşduğunu nəzərə çatdırıb.
Sənətçi, həmçinin yaşadığı sağlamlıq prosesindən dərs aldığını da diqqətə çatdırıb və sağlam həyat vərdişlərinin əhəmiyyətinə toxunub. B vitamini əlavələri qəbul etdiyini və mütəmadi olaraq balıq yağı istehlak etdiyini deyib.
"Evdə idman edirəm. Çəki almamağa diqqət edirəm, çünki hər kiloqram ürəyi yorur", - deyə o vurğulayıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Ərdoğan Türkiyə üçün mövcudluq məsələsinə çevrilən problemi açıqlayıb
- Türkiyə prezidenti suriyalı qaçqın uşaqların qarşısında çıxış edib
- "Haber Global": Yunanıstan Egey dənizi xəritəsində geri addım atdı - Dialoq çağırışı
- Türkiyə Pakistana silah yüklü təyyarələr göndərib?
- Nevşehirdə dəhşətli hadisə: Eyvandan yıxılan iki yaşlı uşağın ANBAAN GÖRÜNTÜLƏRİ