Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rumıniya parlamentinin nümayəndə heyəti ulu öndərin məzarını və Zəfər parkını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış park barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər müşayiət ediblər.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı yeni qayda
- Milli Məclisin sədri Rusiyaya səfər edib
- Şimali Kipr prezidentinin müşaviri: "Azərbaycanın ölkəmizdə nümayəndəlik açmasını arzu edirik"
- Deputatdan təklif: "TÜRKPA-da təhlükəsizlik çağırışlarına qarşı müdafiə strategiyası hazırlansın"
- Keçmiş deputat vəzifəyə seçildi