Türkiyənin "Fənərbağça" komandasının baş məşqçisi Joze Mourinyonun yenidən İspaniya təmsilçisi "Real Madrid"ə qayıtmaq ehtimalı var.
Oxu.Az "El Gol Digital"a istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres 62 yaşlı mütəxəssisin namizədliyini nəzərdən keçirə bilər.
Paytaxt təmsilçisi Almaniyanın "Bayer Leverkuzen" klubunda işləyən Xabi Alonso ilə anlaşa bilməsə, Mourinyoya yönələcək. Təcrübəli baş məşqçiyə iki mövsümlük müqavilə təklif ediləcək.
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illər aralığında "Real Madrid"də çalışıb. O, İspaniya La Liqasının, ölkə kubokunun və Superkubokunun qalibi olub.