Rusiyanin Udmurtiya Respublikasında yol polisi dayanmaq əmrinə əməl etməyən sürücünü saxlamaq üçün fiziki bacarıqlarını nümayiş etdirməli olub.
Ren.tv məlumat verir ki, polislərdən biri avtomobilin sürətini azaltmaq məqsədilə onun təkərlərinə atəş açıb, digər əməkdaş isə avtomobilin şüşəsindən salona daxil olub.
Qaydanı pozan sürücünü saxlamaq mümkün olub. Ona qarşı səkkiz maddə ilə protokol tərtib edilib.