Belarusun Qrodno şəhəri yaxınlığında piyada döyüş maşını (BMP) içində sürücünün olduğu minik avtomobilini əzib.
Oxu.Az xəbər verir ki, bu haqda “AvtoQrodno” məlumat yayıb.
Məlumata görə, hərbi texnikadan ibarət mütəşəkkil dəstə şəhər istiqamətində irəliləyib. Döngədə BMP-lərdən birinin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb.
Hərbi texnika minik avtomobilinin qismən üzərinə çıxıb və kuzovun deformasiyası nəticəsində sürücü çıxılmaz vəziyyətdə qalıb.
Zərbədən sürücünün oturacağı uzanma vəziyyəti alıb və həmin şəxs yaralanıb. Xəstəxanaya çatdırılan sürücünün xəsarətlərinin həyati təhlükəli olmadığı bildirilir.
F.M.
www.oxu.az