Yunanıstanda baş verən qəza dörd nəfərin ölümünə səbəb olub. Yunanlı multimilyardçının oğlunun yüksək sürətlə sürdüyü “Porsche” avtomobili park vəziyyətində duran avtomobilə çırpılıb, nəticədə 4 nəfər, o cümlədən 3 yaşlı uşaq ölüb.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Qəza zamanı “Porsche”də olan supermarketlər şəbəkəsinin sahibinin oğlu və onun dostu da dünyasını dəyişib.
Müşahidə kamerasındakı görüntülərə əsasən, sahibkarın oğlu idarəetməni itirib. Qəza zamanı güclü yanğın baş verib.
N.O.
www.oxu.az