Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yunanıstan iflic olub: Dəniz nəqliyyatı və qatarların hərəkəti dayanıb
Yunanıstanda bərə əlaqəsi tətil səbəbindən iflic olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "İnterfaks" xəbər yayıb.
Bildirilir ki, aksiya Ümum-Yunanıstan Dəniz Federasiyasının çağırışı ilə keçirilir.
"Biz bütün işdən çıxarılmış əməkdaşların müqavilələrinin bərpası, "boz" iş sxemlərinin ləğvi və dəniz nəqliyyatının bütün kateqoriyalarından olan işçilər üçün kollektiv əmək müqavilələrinin imzalanması uğrunda mübarizəmizi davam etdiririk", - deyə federasiyanın tətilə həsr olunmuş bəyanatında deyilir.
Bundan əlavə, etirazçılar əmək cədvəllərinin pozulmasına son qoymağa çağırır, həmçinin dəniz nəqliyyatı işçilərinin tibbi xidmətinin yaxşılaşdırılmasının zəruriliyini vurğulayırlar.
Onlara dəmiryolçular da qoşulub, Afinada iki əsas həmkarlar ittifaqı birliyinin çağırışı ilə 1 May bayramına həsr olunmuş nümayiş keçirilib. Nümayişdə təxminən yeddi min nəfər iştirak edib.
"Yunanıstan" teqi üzrə xəbərlər
- Böyük Britaniya hazırlıq işləri aparır: İspaniya və Portuqaliyada olduğu kimi işıqlar kəsiləcək?
- Kütləvi elektrik kəsintisindən sonra İspaniyada vəziyyət normala qayıdır
- "Haber Global": Yunanıstan Egey dənizi xəritəsində geri addım atdı - Dialoq çağırışı
- Avropada ən çox dövlət borcu olan ölkələr hansılardır?
- Türkiyəli referi Yunanıstan Superliqasının oyununu idarə edəcək