Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb.
Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə cümə axşamı, dekabrın 29-da, Globo telekanalı məlumat yayıb.
Diplomatik missiyanın rəhbəri Rioya paytaxt Braziliadan Yeni il tətilini keçirmək üçün gəlib. Onun itkin düşməsi barədə polisə həyat yoldaşı müraciət edib.
Braziliya hüquq-mühafizə orqanları hazırda səfirin axtarışı ilə məşğuldur, hökümət əhalidən kömək istəyib.
Telekanal qeyd edir ki, Amiridis səfir vəzifəsinə 2016-cı ilin yanvar ayında təyin olunub.
S.B.
www.oxu.az