Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yunanıstanda dəhşətli cinayət: Mafiya hesablaşması - VİDEO
Yunanıstanın paytaxtı Afinada yanacaqdoldurma məntəqəsinin 44 yaşlı sahibi vəhşicəsinə qətlə yetirilib.
Hücum anı videokameralara düşüb.
Görüntülərdə iki nəfərin qurbanın zirehli maşınına atəş açıb, sonra isə içəri girib onu güllələdikləri görünür. Nəticədə kişi hadisə yerində ölüb. Ölən şəxs silahlı olub, lakin silahından istifadə etməyib.
Hadisə yerindən 97 mərmi gilizi aşkar edilib. Güllələrdən biri qonşu binanın mənzilinə dəyib. Daha sonra polis cinayətkarların qurbanlarının yanına gəldiyi yanmış avtomobil tapıb.
Sahibkarın keçmişdə basqın qrupuna rəhbərlik etməkdə və qətllər təşkil etməkdə ittiham olunan Vangelis Zambunis olduğu ortaya çıxıb. Son yeddi ildə artıq 17 analoji qətl təşkil edən yunan mafiyasının onunla hesablaşdığı ehtimal olunur.
Mənbə: iz.ru
Rəylər