Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yunanıstanda hoteldə yanğın: Ölən və yaralananlar var
Yunanıstanın mərkəzində yerləşən qədim Meteora monastır kompleksinin yaxınlığındakı hoteldə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Hadisə nəticəsində 1 nəfər - hotelin sahibi həlak olub.
Bundan başqa, 11 nəfər xəsarət alıb, üçmərtəbəli hotelə ciddi ziyan dəyib. Xilasedicilər 26 nəfəri təxliyə ediblər.
Bildirilir ki, eyvandan qaçmağa çalışan 55 yaşlı hotel sahibi yanğınsöndürənlər gələnə qədər yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Zərərçəkənlər arasında dörd uşaq da olub. Yanğının səbəbi hələ müəyyən edilməyib.
"Yunanıstan" teqi üzrə xəbərlər
- Egey dənizində vulkan və zəlzələ qorxusu: Yunan adalarında hazırda vəziyyət necədir?
- Çanaqqalada avtobus qəzası: 40-a yaxın yaralı
- Türk Hava Yolları Almaniya və Yunanıstana uçuşları ləğv etdi
- "Haber Global": "Yunanıstan mətbuatı öz bazasını ABŞ bazası kimi təqdim etdi"
- Tramp ABŞ-nin Yunanıstandakı hərbi bazasını bağlayır
Ən çox oxunanlar