Yunanıstanda baş vermiş meşə yanğınlarının səbəbi açıqlanıb.
Oxu.Az xəbər verir ki, 82 insanın həyatına son qoyan yanğına səbəb istismar müddəti keçmiş elektrik naqillərində baş verən nasazlıq olub.
Bu barədə yerli hakimiyyət məlumat yayıb.
Qeyd edək ki, son məlumatlara görə, paytaxt Afina yaxınlığında meşə yanğınları zamanı ölənlərdən 23-ü uşaq olub. 187 nəfər isə yaralanıb.