Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis fevralın 11-də Türkiyəyə rəsmi səfər edəcək.
Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran məlumat verib.
Məlumata görə, baş nazir Türkiyə-Yunanıstan Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak etmək üçün Ankaraya yollanacaq.
Qeyd olunur ki, səfər çərçivəsində iki ölkə arasında münasibətləri bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Danışıqlar zamanı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal inkişaflar barədə fikir mübadiləsinin aparılması gözlənilir. Səfər zamanı ikitərəfli münasibətlərin gücləndirilməsinə yönələn müxtəlif sənədlərin imzalanması da gözlənilir.